Ümumi Qabiliyyət Kursu verbal və riyazi hissəyə aid qısa dərslərdən və hər bir dərsə aid praktik tapşırıq və testlərdən ibarətdir. Həmçinin, kursda 2010-cu ildən 2023-cü ilə qədər imtahanda düşən bütün testlərin izahlı həlli və həmin testlərə aid tapşırıqlar mövcuddur. Kursda olan sınaq imtahanlarının hər biri unikaldır və eynilə imtahan səviyyəsindədir. Bundan əlavə, saytda oxumaq üçün müxtəlif mövzularda elmi məqalərlər də mövcuddur.
Dərslərin sayı
İzahlı test və tapşırıqlar
Elmi məqalələr
Sınaq imtahanları
Ümumi Qabiliyyət Kursu iki mərhələli hazırlıqdan ibarətdir. Kursun birinci mərhələsi verbal və riyazi hissələrə aid dərslərdən və bu dərslərə aid praktik tapşırıq və testlərdən, ikinci mərhələsi isə indiyə qədər imtahanda düşən testlər üzərində işləməkdən ibarətdir.
Verbal hissə ümumilikdə 35+ dərsdən ibarətdir və aşağıdakı mövzuları əhatə edir.
Məntiq
Cümlələrin tamamlanması
Mətnlər
Analogiyalar
Riyazi hissə ümumilikdə 95+ dərsdən ibarətdir və aşağıdakı mövzuları əhatə edir.
Arifmetika
Cəbr
Həndəsə
Ehtimal
İmtahan testləri hazırlığın ikinci mərhələsini əhatə edir və aşağıdakılardan ibarətdir.
İndiyə qədər imtahanda düşən testlər
Hər bir testin izahlı həlli
Verbal hissədə səhv variantların izahı
Riyazi hissədə hər testə aid tapşırıqlar
Ümumi Qabiliyyət Kursunun ənənəvi hazırlıqdan bir çox üstünlükləri var. Onlardan bir neçəsi aşağıda qeyd olunmuşdur.
Universitetə qəbul olmağa qarantiya verilir! Əgər abituriyent yığdığı baldan asılı olmayaraq qəbul ola bilməsə, ödədiyi pul təmamilə geri özünə qaytarılacaq.
İmtahan suallarının izahlı həlli. Bu kursda 2010-cu ildən 2023-cü ilə qədər imtahanda düşən verbal və riyazi hissənin bütün testlərinin geniş izahlı həlli mövcuddur.
Çox ucuzdur. Bu kursun bir sezonluq qiyməti təkcə abituriyentlərin hazırlığa gedərkən ödədiyi yol pulundan belə daha azdır.
Onlayn olması. Bu kurs qəbul imtahanına hazırlığı hər kəs üçün əlçatan edir. Artıq imtahana hazırlaşmaq üçün uzun məsafələr qət etməyə ehtiyac yoxdur.
Hər zaman əlçatan olması. Bu kurs hər zaman əlinizin altındadır. İstədiyiniz zaman, istədiyiniz qədər hazırlaşa bilərsiniz.
Öz sürətini seçmə. Abituriyentlərin hər birinin fərqli qavrama qabiliyyəti və çalışma bacarığı var. Ənənəvi hazırlıqdan fərqli olaraq bu kursda abituriyentlər özlərinə uyğun sürət seçə bilərlər.
İrəliləyişi izləmə. Abituriyentlər kursun hansı hissəsini tamamladığını, geridə hansı hissənin qaldığını görə bilərlər. Beləcə, hazırlıq prosesini vaxtlarına uyğun tənzimləyə bilərlər.
Ümumi Qabiliyyət Kursunun üzvləri 2024-cü ildə imtahanda çox gözəl nəticələr göstərdilər. Həm ortalama bal, həm də maksimum yığılan bal keçən ilkinə nisbətən daha yüksək olmuşdur. Həmçinin, 4 nəfər riyazi hissədən 40/40 toplamışdır. Aşağıda kursun əsas hissəsini bitirənlərin statistikaları göstərilmişdir.
Ortalama bal
Ən yüksək bal
Ən yüksək riyazi
Ən yüksək verbal
60+ toplayanlar
50+ toplayanlar
40+ toplayanlar
Pulsuza düşənlər